"Report" xəbər verir ki, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar.
Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir – indiyə kimi AZTA-nın üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub.
AZAL Assosiasiyaya üzv olmaqla yanaşı, AZTA-nın İdarə Heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.
AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir.