Şimali Koreya hədələdi -

Koreya Xalq Demokratik Respublikası ABŞ-ı dəhşətli hücumla hədələyib.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın dövlət agentliyinin məlumatına görə, Vaşinqton Seul ilə birgə hərbi təlimləri dayandırmasa, bunun Birləşmiş Ştatlar üçün ağır nəticələri ola bilər.

Üstəlik, müharibə baş verərsə, Cənubi Koreya da hədəflər arasında olacaq:

"Hərbi təlimlər davam etdirilsə, Vaşinqtona gözləmədiyi vaxtda və təsəvvür edə bilməyəcəyi şəkildə zərbə endirəcəyik".

Amerika rəsmiləri isə belə hədələrdən çəkinmədiklərini, təxribatların Pxenyan üçün ağır nəticələr verəcəyini bəyan edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR