Yeni enerji kürələri

Yeni nəsil generatorlar minlərlə günəş panellərinin yaratdığı enerjidən daha çox enerji istehsal edə bilir.

Metbuat.az bildirir ki, nəhəng şüşə mərmərdən ibarət olan kürə şəkilli generator kompüter vasitəsilə işləyir. Kürənin daxilində yerləşdirilən proqram vasitəsilə Günəş mütəmadi olaraq izlənilir. Generator enerjini istehsal edərkən sadəcə Günəşdən deyil, Aydan da faydalanır. Kürənin istehsal etdiyi enerji bu gün istifadə olunan şərti enerji panellərinin istehsal etdiyi enerjidən 10 min dəfə çoxdur.

Hərəkətli şüşə kürələr Günəş istiqamətində fırlanaraq şüaları özünə çəkir və mərkəzindəki kiçik nöqtədə toplayır. Bu şəkildə Günəşdən aldığı şüanı enerjiyə çevirir.
Generatorun ilk versiyası 2013-cü ildə Dünya Texnologiya Şəbəkəsi (World Technology Network) yarışmasında finala namizədlər sırasında daxil olub. Daha sonra inkişaf etdirilərək buludlu havalarda da enerji istehsal etmək səviyyəsinə gətirilib.

Andre Broesselin “Rawlemon” adını verdiyi cihaz hazırda inkişaf mərhələsindədir.

Telefonunuzdan silinən faylları bu üsulla qaytarın- İZAH – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR