"Mənə uşaqları evdə olan vaxt təcavüz etdi" - FOTO

"Mənə uşaqları evdə olan vaxt təcavüz etdi" - FOTO
12:37 20 Oktyabr 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Daha bir aktrisa amerikalı prodüser Harvi Vaynşteyn tərəfindən təcavüzə məruz qaldığını iddia edib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, bu iddia ilə 34 yaşlı "Oskar"lı aktrisa Lupita Nyong'o çıxış edib.

O bildirib ki, Harvi Vaynşteyn onu öz evində, uşaqlarının evdə olduğu vaxtda zorlayıb.

New York Times-dakı köşə yazısında qeyd olunub ki, Vaynştayn aktrisa ilə ikinci görüşdə ona masaj etmək adı ilə təcavüz edib. 

Lupita iddia edir ki, ikinci görüş zamanı Vaynştayn ona içki içirdib. Daha sonra isə evdə filmə baxmaq istədiyini söyləyib. Onlar birlikdə Vaynştaynın evinə gəliblər. Evdə onun uşaqları da olub. Bir müddət sonra Vaynştayn onu o biri otağa dəvət edib. Aktrisa narazılığını bildirsə də, Vaynştayın onu yan otağa aparıb, köynəyini çıxardıb, masaj edilmək istədiyini söyləyib və alt paltarını çıxarıb".

Qeyd edək ki, 65 yaşlı H.Vaynşteyn 30 aktrisa və modelə təcavüzdə suçlanır.

H.Vaynşteynin əxlaqsız hərəkətlər və təkliflər etdiyi, sataşdığı, təcavüzə çalışdığı məşhurlar arasında Qvinet Peltrou və Ancelina Coli ilə yanaşı Luisett Qeys, Cudit Qudreç, Daun Danninq, Tomi-Enn Roberts, Eyşa Arqento, Ketrin Kendall, Lüsia Evans, Mira Sorvino, Rosanna Arquett, Rous MakQoven, Eşli Cadd, Emma De Koen, Zelda Perkins, Loren O-Konnor, Embra Battilana, Cessika Bart, Lora Madden, Emili Nestor, Elizabet Karlsen, Layza Kempbell, Loren Siven, Cessika Şayens, Romola Qaray, habelə adları açıqlanmayan daha 7 qadın var.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR