Qarşıma pis gəlin çıxarsa... -

"Space" TV-də yayımlanan “Nahara-qədər” verilişinin qonağı şairə Nazilə Səfərli olub.

Metbuat.az xəbər verir ki, N.Səfərli gələcək gəlinlərə birbaşa efirdən ismarış göndərib. O özünü pis gəlinə kökləyib ki, qarşısına yaxşısı çıxsın:

“Mən hökmlü, iddialı xanımam. Qarşıma yaxşı çıxarsa, əlbəttə gözüm üstə yeri var. Yox, xarakterimdən də güclüsü çıxarsa, onda iş əyri bitər. Bir şey deyim. Mənim sürücüm yoxdu, hara gedirəmsə, özüm sürürəm. Buna görə də gəlinim mənə hörmət etməzsə, özü bilər necə olar. Çünki uzun yol qət edirəm və yorğun oluram. Gəlib evdə də diqqətsizlik, hörmətsizlik görərəmsə, əlbəttə, tutmarıq.”

Xatırladaq ki, "Nahara qədər" proqramı Space kanalında aparıc Şəbnəm Həsənovanın təqdimatında həftə içi 5 gün saat 11:00 yayımlanır.

"Heç vaxt tərbiyəsizlik etmərəm" - Əməkdar artistdən AÇIQLAMA! -Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR