Kərkük işğaldan azad edildi, lakin bu prosesdə xaos
yaşandığı da diqqətdən qaçmır. Bir tərəfdə Bərzani və Tələbaninin
partiyaları və onlara bağlı perşmərgələr, həmçinin, PKK
terrorçuları, digər tərəfdə, İraq ordusu, İrana bağlı Haşdi Şabi
gücləri və türkmanlar. Bütün bunlarla yanaşı, İŞİD terrorçularının
da bölgədə olduğu deyilir. Maraqlıdır, Türkiyə Kərkük əməliyyatının
harasındadır?
Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytının
yazarı Taha Dağlı Kərkük ətrafında baş verənləri araşdırıb.
Kərkük əslində kimə bağlı olmalıdır?
İraq ordusu ilə İrana bağlı Haşdi Şabi gücləri qanunsuz
referendumdan sonra Kərkükü geri aldı. Əslində 2014-cü ilin iyununa
qədər Kərkük mərkəzi Bağdad hökumətinin nəzarətində idi. 2014-cü
ilin 11 iyununda İŞİD Mosulu işğal edəndən İraq ordusu bir gecədə
geri çəkildi. Bir neçə gün sonra Kərkükdə də eyni ssenari yaşandı.
İraq əsgərləri İŞİD bəhanəsi ilə Kərkük tərk edəndə, idarəçilik
peşmərgəyə qaldı.
Bərzani-Tələbani davası
Peşmərgə iki hissədən ibarətdir. Biri Bərzaninin, digəri
Tələbaninin. İraq konstitusiyasının 140-cı maddəsinə görə, Kərkük
mübahiləsi bölgədir, təni statusu bəlli deyil. Amma yerli
idarəçilik haqqı Bağdada aiddir. Malikinin baş nazirliyi dövründə
İraq ordusu mübahisəli bölgə olan Mosul və Kərkükdən çıxdı. Mosul
İŞİD-in, Kərkük isə İrana yaxınlığı ilə seçilən Tələbaninin
partiyasının nəzarətinə keçdi.
2016-cı ilin oktyabr ayında Mosul əməliyyatı ilə mübahisəli
bölgələr məsələsi yenidən gündəmə gəldi. Mosul əməliyyatı başa
çatandan sonra Bərzani qanunsuz referendum keçirtdi və Kərkük də bu
referenduma daxil etdi. Referendumdan sonra İraq ordusu Kərkük geri
aldı. Kərkükdə Tələbani gücləri ilə Bağdad və Haşdi Şabi razılaşdı.
Bərzani kənarda qaldı. Beləlikllə, kürdlər arasındakı çat daha da
böyüdü və Kərkük əməliyyatından sonra Bərzani tərəfdarları Tələbani
tərəfdarlarına qarşı “Vətən xainləri, bizi satdınız” ittihamı irəli
sürdü.
Türkmanların vəziyyəti
Kərkük türkman şəhəridir. (Türkmanlar zamanında Azərbaycandan
gedənlər olduğu üçün, bir çox hallarda Kərkükə azərbaycanlıların
şəhəri də deyilir). Şəhərin çoxu sünni, Tuzhurmatu kimi bölgələr
isə şiə türkmanlardır. Ərbildə çox az sayda olan türkmanlar isə
Bərzani ilə hərəkət edir. Onlar illərlə edilən təzyiq qarşısında
Kürdüstan Demokrat partiyasının türkman qoluna girməyə məcbur
olublar. Onlardan başqa sünni və şiə türkmanlar Kərkük
əməliyyatında İraq ordusunu dəstəklədi. Hətta şiələrin bir qismi
Haşdi Şabiyə qatıldı. Bununla yanaşı, türkmanlar arasında
sünni-şirə fitnəsi çıxarmaq istəyənlər də oldu, lakin türkmanlar bu
oyuna alət olmadılar və İraqın ərazi bütövlüyünə dəstək
verdilər.
PKK
Kərkükdə 2014-cü ildəki peşmərgə nəzarətinin başlaması şəhərdə PKK
varlığının da gücləndirdi. PKK-nın Qəndil və Sincarla yanaşı
Kərkükdə də təşkilatlanması mövcuddur. İran müəyyən məqamlarda
PKK-ya dəstək verir, hətta Haşdi Şabi ilə də əlaqələr mövcuddur.
Lakin Bağdad hökuməti PKK ilə əlasqələrini qəti şəkildə inkar
etdi.
Türkiyə üçün əhəmiyyətli yer
PKK-nın Sincarda yerləşməsi Türkiyəni ciddi narahat edir. Peşmərgə
Sincardan çəkildi və Kərkük kimi buranın da nəzarəti İraq
hökumətinə keçdi. Sincar İraq və Sufriya arasında bağlantı
nöqtəsidir. Bu xətdən 2015-ci ilə qədər İŞİD istifadə edirdi. Hətta
ABŞ buna göz yumurdu. Sincar Mosulla Rakka arasında İŞİD üçün
həyati əhəmiyyət kəsb edən xətt idi. 2015-ci ildə İŞİD buradan
çıxarılandan sonra PKK terrorçuları bölgəyə yerləşməyə başladı. PKK
ilə PYD terrorçuları son 2 ildə Sincar xəttini İraq-Suriya arasında
istifadə edir.
İran, yoxsa Bərzani?
Türkiyədə ən çox müzakirə edilən məsələ İraqın şimalında
Bərzaninin, yoxsa İranın Ankara üçün daha yaxşı olması məsələsidir.
Bərzanini dəstəkləyənlər, “İndi də Kərkükə İran gəldi” deyir. İran
pəncərəsindən baxanlar isə Bərzaninin məğlubiyyətini sevinclə
qarşılayırlar.
Türkiyə üçün Bərzani bir dövr üçün yaxşı tərəfdaş idi. Bərzani ilə
yaxşı münasibətlər avtomatik olaraq İranla pis münasibətlər
deməkdir. Bu gün vəziyyət tam əksinədir. Vəziyyəti bu həddə
çatdıran Bərzani oldu.
İran onsuz da indiyə kimi İraqın şimalında Süleymaniyə bölgəsində
Tələbani üzərində ciddi təsirə malik idi. Həm də Tələbani
vasitəsilə Kərkükdə də təsirini hiss etdirirdi.
Türkiyə İrana nə qədər etibar edə bilər?
Türkiyədə ən çox verilən suallardan biri budur. Sualı əksinə də
çevirmək olar: İran Türkiyəyə nə qədər etibar edir? Əslində heç
biri digərinə çox etibar etmir. Amma bu da həqiqətdir ki, İran
ciddi təzyiq altındadır. Trampla birlikdə İsrailin təzyiqləri
artırdı, Səudiyyə Ərəbistanın rəhbərliyindəki cəbhə də İrana qarşı
getdikcə güclənir. Belə bir vaxtda İranın Türkiyə kimi gücə qarşı
oyun oynamaq şansı yoxdur.
Kərkük əməliyyatında Türkiyə
Kərkük əməliyyatında İranın atdığı bütün addımları Türkiyə
izləyirdi. Bununla yanaşı, türk əsgəri Şimali İraqda var və bölgəni
tərk etməyib. Türkiyənin hazırladığı sünni döyüşçülər də Mosul və
ətraf bölgələrdə aktivdirlər. Yəni İranın Şimali İraqda hər-hansı
təşkilatlanması varsa, Türkiyənin bundan daha böyük gücü var.
Asif