Tantuninin hazırlanması

Evdə ləzzətindən doymayacağınız tantuni hazırlamaq istəyirsiniz?

Metbuat.az xəbər verir ki, Türk mətbəxinin ən ləzzətli yeməklərindən olan tantunini evdə hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:

1 kq xırda doğranmış quzu əti

2 ədəd baş soğan

30 ədəd lavaş

2 ədəd pomidor

Qırmızı bibər

Duru yağ

Su, duz

Hazırlanmasına gəldikdə əti qazana əlavə edib rəngi dəyişənə qədər bişirin. Pomidor və soğanı doğrayıb sumaqla qarışdırın. Yeməyi sac tavasında hazırlamağınız məsləhətdir. Tavaya əvvəlcə su, daha sonra əti əlavə edin. Ardınca, biraz su, duru yağ, qırmızı toz bibər və duz əlavə edib qarışdırın. Lavaşın içərisinə ət, pomidor və soğan qoyub bükün. Yemək hazırdır.

Nuş olsun! "Nar bilərziyi" salatının hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)