"Yaşar səni mənə tapşırmışdı"

“ATV” telekanalında əməkdar artist Murad Dadaşovun təqdimatında yayımlanan “Maşın şou”da daha bir saxtakarlıq üzə çıxıb.

Metbuat.az xəbər verir ki, bu ötən gecə iştirakçıların səs çoxluğu nəticəsində aparıcı Vüsalə Kərimova sms yarışına çıxıb və özünə rəqib kimi reper Elşad Xoseni seçib. Proqramın sonunda aparıcı səs çoxluğu ilə verdiyi sözün üzərində dayanaraq, reperi şoudan uzaqlaşdırıb. Realiti şouda saxtakarlıq elə bu anda baş verib. Belə ki, Aparıcı Vüsalə Kərimova Elşad Xoseni yarışdan uzaqlaşdırdığını bəyan etdikdən sonra maşının ətrafına qayıdıb. O, müğənni Xatunla qucaqlaşıb görüşdüyü vaxt əlini maşından çəkib.

Reper Elşad Xose şoudan gedərkən bu sözləri deyib: “Mən bunu əvvəlcədən bilirdim. 5 yaşım yoxdur ki, bilməyəm. Şounun hər üzünü bilirəm. Onu da bilirəm ki, qadınlara inam və güvən yoxdur. Vüsalə Kərimova ilə ortaq dostumuz olan müğənni Yaşar gedərkən onu mənə tapşırmışdı. Mən bu günə kimi ona dəstək olmuşam".

Xatırladaq ki, bir müddət əvvəl müğənni Yaşar Cəlilovla aparıcının sevgi yaşadığı deyilirdi.

"Maşın şou"da inanılmaz saxtakarlıq - O görüntülər yayıldı... VİDEO -Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR