Rusiyalı alimlər yeni göbələk növü tapdı

Rusiyalı alimlər yeni göbələk növü tapdı
15:28 22 Oktyabr 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

Publika.az xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/183664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR