Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.

Metbuat.az-ın məlumatına görə, Elmar Məmmədyarovun səfərinin məqsədi 24-25 oktyabr tarixlərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak etməkdir.

Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR