Azərbaycanda dövlət payı olan müəssisələrdən alınan dividendlər bu il azalacaq

Azərbaycanda dövlət payı olan müəssisələrdən alınan dividendlər bu il azalacaq
11:37 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2018-ci il dövlət büdcəsinə daxilolmalar 3,2 mln. manat nəzərdə tutulur.
“Report” bu barədə 2018-ci il dövlət və icmal büdcə layihələrinin təqdimatına istinadən xəbər verir.
Hesabalama Palatasının məlumatında bildirilir ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib. Həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC-dən daxil olub, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyib.
Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5,95 mln. manat təsdiq olunub ki, bundan 150 min manat "Aqrarkredit” QSC, 4,118 mln. manat “Azər-Türk Bank” ASC, 1,682 mln. manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dovlet-payi-olan-muessiselerden-alinan-dividendler-bu-il-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR