Argentinada ara seçkiləri keçirildi

Argentinada Milli Konqresin bəzi üzvlərinin yenilənməsi üçün ara seçkisi keçirilib.

Metbuat.az-ın məlumatına görə, hökumət 72 üzvlü Senatın 24 üzvünü və 257 üzvlü Nümayəndə Məclisinin 127 üzvünü yenidən qurmaqla bağlı qərar verib.

Qeyd edək ki, ölkədəki Senat üzvləri 6 il müddətinə seçilir və hər 2 ildən bir keçirilən seçkilərdə üç nəfərdən birində dəyişiklik edilir. Nümayəndələr Palatasının üzvləri 4 il müddətinə seçilir və kürsülərin yarısı hər 2 ildən bir yenilənir.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR