Bərzaninin istefası tələb olunur

İraqda müstəqillik referendumundan bir neçə gün sonra Kərkük başda olmaqla, mübahisəli bölgələri bir gün işində itirən Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefası tələb edilir.

Metbuat.az-ın məlumatına görə, ordu qüvvələrinin Kərkük, Sincar, Tuzhurmatu, Hanekin və digər mübahisəli bölgələrə nəzarəti ələ keçirməsi kürdlər arasında fikir ayrılığına səbəb olub. Bölgədə keçirilməsi nəzərdə tutulan seçki “Siyasi partiyalar namizəd göstərməyib” deyilərək təxirə salınıb.

İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin Kürdüstan Demokrat Partiyası (KDP) Təlabanilərin Kürdüstan Vətənpərvərlər Birliyini (KYB) günahlandırıb. Bölgədəki ən güclü müxalif partiya olan Goran Hərəkatı isə Məsud Bərzaninin istefasını istəyib. Hərəkatın bəyənatında deyilir: “Məsud Bərzani və köməkçisi Kusrət Rəsulun legitimliyi qalmayıb, onlar istefa verməlidir”. Bəyənatda həmçinin, Şimali İraqda yenidən seçkilərin keçirilməsinə çağırış olub.

Qeyd edək ki, Goran Hərəkatını yerli Parlamentdə 24 millət vəkili təmsil edir. Parlamentdə ümumilikdə 111 millət vəkili var.

Məlumata görə, həm KDP, həm də KYB partiyaları Bağdadla gizli görüş keçirib və geri çəkilmək məsələsi müzakirə olunub. Bildirilir ki, Məsud Bərzani özü də 15 oktyabrda kritik görüşə qatılıb və geri çəkilməyi qəbul edib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR