“Bərzani referendumla qumar oynadı və uduzdu”

Yaxın Şərq üzrə ekspert, professor Renad Mansour “Deutsche Welle”-yə Şimali İraq Kürd Muxtariyyəti və Məsud Bərzani ilə bağlı maraqlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Renad Mansour bildirib ki, Bərzani müstəqillik referendumu ilə böyük qumar oynadı və məğlub oldu. Onun sözlərinə görə, Bərzani indi bir çox çətinliklərlə və cavablaması mümkün olmayan suallarla qarşı-qarşıya qalıb:

“Bərzaninin ən böyük itkisi kürdlərin öz Qüdsü olaraq gördükləri Kərkükü itirməsi oldu. Bu şəhər İraq neftinin 12-13%-nə, eyni zamanda təbii qaza sahibdir. Bəzi kürdlər İraq hökumətinə hirslidir, bəzi kürdlər isə öz rəhbərliklərinə həm əsəbidir, həm də xəyal qırıqlığı içərisindədilər”.

Qeyd edək ki, təxminən 1 il davam edən mübarizədən sonra bütün əhəmiyyətli şəhərlərini İŞİD terror təşkilatından təmizləyən İraq, 25 sentyabr müstəqillik referendumu ilə pərişan olub. Beynəlxalq xəbərdarlıqlara və Bağdad rəhbərliyinin çağırışına baxmayaraq, müstəqillik referendumunda israrlı olan Bərzani bundan 3 həftə sonra böyük məğlubiyyət yaşadı. İŞİD-in Mosulu ələ keçirməsi ilə İraq ordusunun bölgədən geri çəkilməsi, Kərkük və digər şəhərlərin Məsud Bərzaninin nəzarəti altına keçməyinə təminat vermişdi. Bərzani, türkmən, ərəb və kürdlərin birgə yaşadığı Kərkükü də referendum ərazisinə daxil edib. Bu səbəbdən də, İraq ordusu Bərzaniyə verilən vaxtın başa çatması ilə Kərkük və digər şəhərlərdə hərbi əməliyyat keçirilib. 24 saat ərzində Kərkük başda olmaqla, Sincar, Tuzhurmatu və Hanekin də daxil olmaqla bütün mübahisəli bölgələrin nəzarəti yenidən İraq ordusuna keçib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR