Trampın reytinqi minimuma endi

Trampın reytinqi minimuma endi
02:54 24 Oktyabr 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ  prezidenti Donald Trampın reytinqi rekord səviyyədə minimuma enib.

 

APA-nın xəbərinə görə, bu barədə “The Hill” məlumat verib.

 

Hazırda amerikalıların 58 faizi Trampın  fəaliyyətindən narazıdır. Sorğuda iştirak edən respondentlərin 42%-i Trampa qarşı impiçment prosedurunun başlanmasının lehinə səs verib. Bir çoxları Trampın miqrasiya və beynəlxalq münasibətlər üzrə mövqeyini tənqid edir.

 

Bununla belə, sorğuda iştirak edənlərin 50%-i prezidentin iqtisadiyyat  və terrorçuluqla mübarizə sahəsində siyasətini dəstəkləyib.

 

Qeyd edək ki, sentyabrda ABŞ liderinin reytinqinin 2% artdığı bildirilirdi. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR