Almaniya yenidən təlim keçəcək

Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumundan sonra Peşmərgəyə hərbi təlim keçməyi dayandıran Almaniya, yenidən təlimlərə başladığını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, referendum böhranına baxmayaraq, təlim proqramına davam edəcəklər.

Nazirliyin açıqlamasında bildirilir ki, Peşmərgə onlara göndərilən silahlardan yalnız İŞİD-ə qarşı istifadə edəcəklərinə zəmanət verib: “Döyüş bölgəsində hər istifadə olunan silahın haradan gəldiyini müəyyən etmək mümkün olmur, ancaq kürdlər federal hökumətə zəmanət veriblər. Bu razılığın pozulması ilə bağlı heç bir şübhə yoxdur”.

Qeyd edək ki, Kərkükdəki gərginlik səbəbilə Almaniya, 13 oktyabrdan təlim keçməyi dayandırdıqlarını açıqlamışdı. Qərara səbəb kimi bölgədə gərginliyin artması və siyasi qeyri-müəyyənlik göstərilirdi. Bağdad rəhbərliyi isə iddia edib ki, Peşmərgə qüvvələri Kərkükün Altınkörpü qəsəbəsindəki qarşıdurmalarda Almaniya istehsalı olan “MİLAN” tank əleyhinə raketlərindən istifadə ediblər, bunun nəticəsində də ölənlər olub. Ancaq Peşmərgə gücləri bu iddiaların doğru olmadığını bildirib.

Alman ordusunun Peşmərgəyə keçdiyi təlimlərin müddəti 2018-ci ilin yanvar ayında bitir. 24 sentyabrda Almaniyada keçirilən seçkilərdən sonra Xristian Demokratlar, Yaşıllar və Liberal Azad Demokratlar arasındakı koalisiya görüşlərinin uzun müddət davam edəcəyi, bu səbəbdən təlimlərin 3 ay daha artırıla biləcəyi deyilir. Yaşıllar Partiyası, Şimali İraqdakı siyasi və hərbi gərginlik səbəbilə təlim proqramın bitirilməsinin tərəfdarıdır.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR