Burak Özçivitin bloka atdığı gözəl susqunluğunu POZDU

Burak Özçivitin bloka atdığı gözəl susqunluğunu POZDU
14:48 24 Oktyabr 2017
225 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən Burak Özçivit onun fotolarına tez-tez xoş rəylər yazan rusiyalı model Viktoriya Bonyanı bloka atmışdı.

Publika.az xəbər verir ki, Viktoriya Bonya Burak Özçivitin reaksiyasından şoka düşdüyünü deyib. O, "Heç vaxt çelə çılğın reaksiya almamışam" , - deyə bildirib.

Cütlüyün fanatları modelə “Artıq Fahriye ilə evlidir, ondan əl çək” kimi rəylər yazıb. Məşhur model isə "Bu aktyora şərh yazanda insanlar niyə bu qədər sərt reaksiya göstərir? Çox əcaibdir" deyərək özünü müdafiə edib.

Daha sonra Bonya hadisə haqqında daha ətraflı açıqlama verib:

"Bu gün Türkiyə mediasında Burak Özçivitə yazdığım rəylə bağlı xəbərlər yayılmışdı. İnstaqram istifadə etməyə başlayandan bəri yüzlərlə insana şərh yazmışam. Amma bu günkü kimi çılğın reaksiya görməmişəm. Həyatımda biri var və xoşbəxtəm. Xahiş edirəm, mənim adımı hallandırmayın və ortada heç bir şey yox ikən bunu böyük problemə çevirməyin”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/218174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR