Azərbaycanlı müğənni Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb.

Metbuat.az-ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib:

“Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər”.

R.Qarayev üçüncü dəfə ailə qurmayacağını vurğulayıb:

“Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.

Murad maşını Talıba vermədi və canlı efir... - Ötən gecə nə baş verib? - Oxumaq üçün tıkla