Noyabrın 28-də Heydər Əliyev Sarayında sevilən mahnıların müəllifi, xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm" adlı konsert proqramı keçiriləcək.

Konsertdə Respublikanın Xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Gülyaz Məmmədova, Heydər Anatollu, Əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Almaz Orucova, İlahə Əfəndiyeva, Rəşad İlyasov, tanınmış ifaçılar Elton Hüseynəliyev, Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Nigar Şabanova, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Səbinə Ərəbli, Sevda Yəhyayeva, Kənan Qədimov, Ayşən Mehdiyeva və Rövşən Qəhrəmanov iştirak edəcəklər.

Konsertdə tamaşaçılar sevilən müğənnilərin ifasında biri-birindən gözəl və qəlbə yatan musiqilər dinləyə bilərlər.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində