Bu gün mediada yayılan xəbərlər "Maşın" şou iştirakçıları Talıb Tale və Xatunun təəccübünə səbəb olub.

Medianın yazdığına görə, finala qalan iki məşhur arasında gizli sövdələşmə olub. Deyilənə görə, Talıb Xatuna maşından əlini çəkməsi üçün 5 min manat təklif edib. Lakin xəbəri eşidən müğənni Xatun "Xəbərçi.az"-a açıqlama verib:

"Bu cür xəbərlər hardan yayılır, anlamıram. Nə pul? Maşın şou bazardır? Mən Talıbdan pul alaram? Sadəcə gördüm ki, ehtiyacı var o maşına, əlimi çəkdim. Allaha and olsun ki, 5 min söhbəti yalandır. Sadəcə bu məni gözdən salmaq üçün bir addımdır, amma mən "Maşın" şouya necə getdimsə, elə də simam, adım, xanım-xatunluğum üzərimdə oranı tərk etdim. Belə xəbərlər ürək bulandırır. Bu yalan xəbərlərə tamaşaçı, oxucu da inanmaz. Ayıb olsun !".

Talıb Tale də məsələyə münasibət bildirib: "İlkinlə belə bir söhbət olmuşdu. Düşünürdüm ki, İlkin dözməsə, finalda məğlub olsa, ona hədiyyə olaraq 5 min manat hörmət edim. Ancaq o məni rəqib seçdi, özü yarışmanı tərk etdi. Xatunla finala qaldıq. O məndən pul istəməyib. Yarışdıq və mən qalib gəldim. Boş-boş söhbətlərdir".

Kamil Zeynallı bu FOTONU paylaşdı və... - "Rəfaelin bir sözü..." - Oxumaq üçün tıkla