Asan hazırlanan "pancake"

Şirniyyat sevənlər həm dadlı, həm də faydalı “pancake” hazırlaya bilər.

Metbuat.az bu dəfə asan hazırlanan “pancake” reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

2 ədəd yumurta

2 yemək qaşığı şəkər tozu

1 stəkan süd

1 paket qabartma tozu

1 paket vanil

1 stəkan yarım un

Bişirmək üçün duru yağ

Hazırlanması: Təqdim olunan ölçülər 18-20 ədəd “pancake” bişirmək üçündür. Yumurta və şəkər tozunu yaxşıca qarışdırın. Süd, un, qabartma tozu, vanil əlavə edərək keks xəmirindən daha qatı xəmir hazırlayın. Tavaya bitki yağı tökün, qaşıqla hazırlanan xəmirdən tavaya əlavə edib yayılmasını gözləyin. Hər iki tərəfini də çevirib bişirin. Zövqə görə banan, kivi, çiyələk, şokolad, bal ilə servis edə bilərsiniz.


"Nar bilərziyi" salatının hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)