Cənubi Koreyalı elm adamları, Alzheimer xəstəliyinin erkən diaqnozunda istifadə ediləcək bir üsul ixtira etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Cənubi Koreya Elm, Məlumat və Xəbərləşmə Texnologiyaları Nazirliyi, Seul Milli Universitetindən Mun İn-Hi rəhbərliyi altında olan qrup, qan nümunələrində "beta-amiloid" adlı zülalı müəyyən edə bilən bir üsul etdiyini açıqladı.

"Beta-amiloid" zülalının beyindəki varlığı Alzheimerin erkən əlamətlərindən sayılır.

Mun İn-Hi ixtira etdikləri bio əlamətin 90% doğru diaqnoz qoyduğunu qeyd etdi.
İstifadə etdikləri texnologiyanın əvvəlkilərdən fərqli olduğunu ifadə edən Mun İn-Hi, bu sayədə xəstəliyin görünən əlaməti ortaya çıxmadan Alzheimeri müəyyən edə biləcəklərini ifadə etdi.

Alzheimer xəstəliyi üçün hələ təsirli bir diaqnoz və müalicə üsulu tapılmır.
Görünən əlamətləri, ümumiyyətlə xəstəliyin başlanğıcından sonrakı 10 il ərzində ortaya çıxan Alzheimer diaqnozu qoyulduğunda da çox gec alındığı üçün müalicə cəhdləri nəticə vermir.

Lakin bu yeni üsul Alzheimer xəstəliyini hələ yaranmamışdan əvvəl müəyyən edə bilir. Gələcəkdə bu üsul sayəsində bir çox insanların həyatları xilas olacaq.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin