Kosta-Rikada sərnişin qatarları toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qatar qəzası zamanı azı 20 sərnişinin yaralandığı bildirilir, yaralılardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Yaralı sayının artma ehtimalı var. Belə ki, hər iki qatarda 400-ə yaxın sərnişin olduğu bildirilib.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

Milli.Az