Azəri Günel nişanlısı ilə bağlı suala əsəbləşdi

Azəri Günel nişanlısı ilə bağlı suala əsəbləşdi
14:27 9 Yanvar 2015
377 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Azəri Günel 5/5 verilişinin qonağı olub. Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, aparıcı Zaur Kamalın “İki ildir ki, nişanlısan. Bəs niyə ortada heç nə yoxdur?” sualına ifaçı münasibətinin yaxşı olduğunu bildirib:

“Mənə nə sual versən, deyəcəm ki, bayramınız mübarək. Mənim niyə yeni mahnılarımdan soruşmursan? O qədər işlər görürəm. Toy olacaq, sənin toyuna gələcəm. Niyə elə düşünürsən ki, ortada heç nə yoxdur? Elə qəşəng var ki. Toy olanda səni də çağıracam, aparıcılığını da sənə həvalə edəcəm. Hər şeyi gizli edirik”.

Qeyd edək ki, sənətçi sosial şəbəkədə nişanlısı ilə ayrıldığı barədə məlumat yaymışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR