Afrika Çempionlar Liqasının finalçısı olan Misirin "Əl-Əhli" klubu çərşənbə axşamı Qahirədə keçirməli olduğu məşqini ona baxmağa gələn azarkeş sayının həddindən artıq çox olması səbəbindən təxirə salmaq məcburiyyətində qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, "Əl-Əhli" Afrika Çempionlar Liqası finalının oktyabrın 28-də keçirilən birinci oyununda Mərakeşin "Vidad" kollektivi ilə 1:1-lik heç-heçə edib.
Liqanın qalibini müəyyən edəcək cavab matçı noyabrın 4-də Mərakeşdə baş tutacaq.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin