Rəmiş erməni mahnısından danışdı

Rəmiş erməni mahnısından danışdı
14:41 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rəmiş erməni dilində mahnı oxuması haqqında yayılan videodan danışıb.

ANS PRESS-in məlumatına görə, bu yaxınlarda Xalq artisti adını alan Rəmiş erməni dilində mahnı oxumadığını bildirib. O, toyda erməni dilində mahnı oxuması haqında yayılan videonun böhtan olduğunu deyib.

"Mən İranda olmuşam, Türkiyədə olmuşam, Rusiyada olmuşam. Amma Ermənistanda olmamışam. Bu, ermənilərin, ya da ermənixisslətli şəxslərin işidir. Yəqin paxıllıqları tutub. Mənim xalq artisti adı almağım ox kimi bəzilərinin gözlərinə batıb", - deyə xalq artisti ANS-də yayımlanan "Xəbərsizsiniz"də deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan videoda Rəmişin "Tut ağacı" mahnısının bir bəndini erməni dilində oxuduğu göstərilirdi. Rəmişin həyat yoldaşı Gülü isə həmin videonun 2008-2009-cu illərdə bir ad günü məclisindən olduğunu, Rəmişin də orada "Tut ağacı" mahnısını ancaq Azərbaycan dilində oxuduğunu deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR