2013-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilmiş "Turkvision" mahnı müsabiqəsinin ilk qalibi müğənni Fərid Həsənov "Bollywood Night" gecəsində "Xarabalıqdan çıxan milyonçu" filminin baş qəhrəmanının obrazını canlandıracaq.

Milli.Az Trend-ə istindən xəbər verir ki, F. Həsənov tamaşaçılara bu filmin soundtreki "Jai Ho"nu təqdim edəcək.

Onun sözlərinə görə, uşaqlıqdan hind kinematoqrafını sevir: "Bu günədək "İndiya" telekanalına baxıram, lakin müasir filmlərı daha çox xoşlayıram. Son illərin ən məşhur filmlərindən biri səkkiz "Oskar" mükafatı və dörd "Qızıl qlobus" mükafatı laureatı "Xarabalıqdan çıxan milyonçu"dur. Dramatizmliyinə görə film, habelə A.R. Rahman, "The Pussycat Dolls" və Nikol Şerzingerin klipdə səsləndirdiyi sondtrek möhtəşəmdir".

Xatırladaq ki, noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm "Bollywood Night" bayramı keçiriləcək.

Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə "Bollywood Night" Hindistanın Azərbaycandakı Assosiasiyasının (prezident - Sobi T. Abraham) dəstəyi ilə "Full House Entertainment" (rəhbər - Dia Soun Kxe) tərəfindən təşkil edilib.

Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova və gənc ifaçı Nuray iştirak edəcəklər. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlıdır. Azərbaycanın bütün artistləri Hindistanın milli geyimlərində çıxış edəcəklər və bu əfsanəvi ölkənin məşhur kompozisiyalarını təqdim edəcəklər. Çıxış "Super rəqqas" qrupunun parlaq şou və rəqsləri ilə müşayiət olunacaq. Hind rəqslərinin quruluşçu rəssamı Etibar Quliyevdir.

Gecədə iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show", o cümlədən Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın milli və hind motivlərindən ibarət kolleksiyası təqdim olunacaq. "Hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinayın çıxışı gecənin kulminasiyası olacaq. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disko rəqqası", "Oyna-oyna", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall", "Gənclik Mall", "Asan Xidmət" mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir. Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Tədbirin səhifəsi: https://www.facebook.com/bollywoodnight.in/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fərid Həsənov “Xarabalıqdan çıxan milyonçu” filminin baş qəhrəmanının obrazını canlandıracaq - VİDEOФарид Гасанов воплотит образ героя из фильма

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində