İspaniya məhkəməsi eks Kataloniya lideri Karles Puçdemonun Avropa daxilində həbs edilməsi ilə bağlı qərar verib.

Metbuat.az-ın məlumatına görə, bundan əlavə, məhkəmə Puçdemonun video konfrans vasitəsilə ifadə verməyini rədd edib.

İspaniya hökumətinin başlatdığı istintaqdan sonra Belçikaya qaçan Puçdemon “RTBF” dövlət televiziyasına müsahibə verib. O, seçkilərlə bağlı açıqlamasında deyib: “Kataloniyada 21 dekabrda keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyə hazıram. Başqa yerdən də seçki kampaniyası aparmaq mümkündür”.

Günay Elşadqızı \ METBUAT.AZ