Bakı məktəblərinin I sinfinə qəbul olmaq üçün 24392 nəfər qeydiyyatdan keçib

16:57 6 Aprel 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 16:50 ]


Bakı. Könül Kamilqızı – APA. Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul olmaq üçün 24392 valideyn və ya qanuni nümayəndə qeydiyyatdan keçib.

 

Bakı Şəhəri üzrə Təhsil İDarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, artıq 22920 uşağın qeydiyyatı təsdiqlənib. Onlardan 12239-u oğlan, 10681-i isə qızdır.

Sistemdə məktəbi seçmək üçün 21 699 nəfərin sorğusu yerləşdirib. Ümumilikdə 24392 qeydiyyatın 2730-u lisey və gimnaziyalara aparılıb. Lisey və gimnaziyalara qeydiyyat aprelin 15-dək davam edəcək. Qeydiyyat növünə görə 13094 nəfər onlayn, 11124 nəfər məktəb sənəd qəbulu komissiyasının köməyi ilə, 174 nəfər isə ərazi üzrə  hər bir inzibati rayonda yaradılmış alternativ sənəd qəbulu komissiyasında qeydiyyatdan keçib. Qəbul sisteminin əks əlaqə bölməsi vasitəsi ilə müxtəlif suallarla bağlı 892 sorğu cavablandırılıb.

Rayonlar üzrə məktəblərə müəyyən sayda sorğu yerləşdirilib.

 

Qeyd edilib ki, hər rayonun əhalisinin və məktəblərinin sayı müxtəlifdir. Belə ki, I sinfə qəbulla bağlı Binəqədi rayonunda 3063 nəfər, Nərimanov rayonunda 1040 nəfər, Nəsimi rayonunda 1171 nəfər, Nizami rayonunda 1379 nəfər, Pirallahı rayonunda 168 nəfər, Qaradağ rayonunda 1557 nəfər, Sabunçu rayonunda 2388 nəfər, Səbail rayonunda 651 nəfər, Suraxanı rayonunda 2070 nəfər, Xətai rayonunda 2266 nəfər, Xəzər rayonunda 1898 nəfər, Yasamal rayonundan isə 1307 nəfər qeydiyyatdan keçib.

 

Xatırladaq ki, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb. Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR