“Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü
dartdırıb. Deyirəm ki, öz həyatıdır. O rahatdır. Mən geyinə
bilmərəm. Ucqar kənddə böyümüşəm, kənd uşağıyam. Bunlar mənə
yaddır. Avropada yaşasaydım, bəlkə də mən də elə olardım”
Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Məşhurla
bir gün”proqramına qonaq olarkən müğənni Manaf Ağayev deyib.
Daha sonra oğlundan söz açan sənətçi, onun geyimindən danışıb:
“Oğlum mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır,
ətrafı belədir. Amma ləzzəti onda alıram ki, bədənində kişi qanı
axır, kişi kimi danışır. Amma incə-mincə danışsa cinsini də, başını
da kəsərəm. Sadəcə moddur. Xarakter isə Manafdır”.
Pərviz Hüseyn