Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Metbuat.az-ın məlumatına görə, səfər noyabrın 13-də baş tutacaq. Yaxın Şərqdə yaşanan hadisələr, gərginliklərin müzakirə olunacağı səfər Rusiya ilə sıx təmasda olan Ankara üçün böyük əhəmiyyət daşıyır.
Məlumata görə, görüş Rusiyanın Soçi şəhərində baş tutacaq. Səfər zamanı Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli münasibətləri də müzakirə edəcək.
Bir gün sonra, noyabrın 14-də isə Ərdoğan Küveytə gedəcək.
Günay Elşadqızı \ METBUAT.AZ