ABŞ Prezidenti Donald Tramp 12 günlük Asiya səfəri çərçivəsində 2-ci dayanacaq olaraq Cənubi Koreyaya gedib.

Publika.az xəbər verir ki, prezidentin bu səfərinin gündəmində Şimali Koreya ilə nüvə böhranı və ticarət məsələləri olacaq.

Prezident həyat yoldaşı Melaniya Trampla birlikdə paytaxt Seulda qarşılanııb. Daha sonra Cənubi Koreya prezidenti Mun Cay ilə birlikdə ABŞ-ın Kamp Hampreys hərbi bazasına gedərək buradakı əsgərlərlə birgə süfrəyə oturub.

ABŞ prezidentini aparan avtomobil karvanının keçidi əsnasında Şmali Koreya ilə müharibə ehtimalına qarşı çıxan bir qrup cənubi koreyalı etiraz nümayişləri edib. Onlar “Trampa və müharibəyə yox” pankartları açıb.

D.Trampın bu ölkəyə səfəri 2 gün davam edəcək. Onun iki Koreya dövləti arasındakı hərbi qüvvələrdən təmizlənmiş bölgəni ziyarət etməsi gözlənilmir. Görüşmələrdə prezidentlərin Şimali Koreya böhranı ilə yanaşı, iki ölkə arasındakı sərbəst ticarət razılaşması əldə edəcəyi də ehtimal edilir.

Zümrüd