Səudiyyə Ərəbistanın körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhan kritik açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, o, açıqlamasında deyib: “"Hizbullah"ın Səudiyyə Ərəbistanına qarşı hərəkətləri səbəbilə Livana müharibə elan edən ölkə olacağıq".
Səudiyyə Ərəbistanına qarşı bütün hücumların məsuliyyətinin "Hizbullah"ın üzərinə olduğunu bildirən nazir, təşkilatı narkotik qaçaqmalçılığı və gənclərə terror təlimi verməkdə günahlandırıb.
O, qeyd edib ki, Livan hökumətindən "Hizbullah"ın hücumlarının qarşısını almağı gözləyirlər.
Günay Elşadqızı \ METBUAT.AZ