ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbərliyini danışıqlar stolu arxasına oturmağa çağırıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev lideri bu haqda Seulda Cənubi Koreya prezidenti Mun Çje İnomla birgə mətbuat konfransında bildirib.

“Əminəm ki, Koreya Xalq Demokratik Respublikası üçün danışıqlar stolu arxasına oturmaq və razılaşmaq xüsusi əhəmiyyət daşıyır. Bu, həm Şimali Koreya xalqına, həm də bütün dünyaya xeyir gətirərdi”, - o qeyd edib.

Tramp vurğulayıb ki, Vaşinqton əvvəlki kimi ehtiyac olduğu halda özünü, müttəfiqlərini hərbi potensialın bütün kompleksinin köməyi ilə qorumağa hazırdır.

Ömər Dağlı