Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə əlaqədar həbslərin ikinci dalğası başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə beynəlxalq “Reuters” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, şənbə günü başlayan ilk həbs dalğasında şahzadə, vəzifəli şəxslər və milyarder iş adamları tutulub. Onların ər-Riyaddakı 5 ulduzlu oteldə saxlanıldığı deyilir.

Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun ötən gün verdiyi açıqlamaya görə, tutulan şəxslərin adları digər şübhəlilərin qaçmağına səbəb ola biləcəyi ehtimalına görə gizli saxlanılır. Baş prokuror Şeyx Səud əl-Mujab açıqlamasında deyib ki, tutulan şəxslərin sorğularında çoxlu sayda sübut əldə ediblər.

Günay Elşadqızı \ METBUAT.AZ