İraq və Suriyadan silinmək üzrə olan İŞİD terror qrupuna qarşı bu gün yeni hücum başladılıb.

Metbuat.az-ın məlumatına görə, Suriya ordusu sərhəddəki Əl-Qaim şəhərinə girib. Əl-Qaim terrorçuların Suriyada nəzarət etdikləri sonuncu şəhərdir.

Qeyd edək ki, Suriya ordusu oktyabrın sonunda Deyr əz Zoru da terrorçulardan geri alıb.

Günay Elşadqızı \ METBUAT.AZ