Play Store

Azərbaycan bayrağını yüksəklərə qaldıran Milli Qəhrəman - İbad Hüseynov

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.

Belə bir gündə Metbuat.az-da bayrağımızı daima uca tutan Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov haqqında məlumat vermək istədik. Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri olan İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır.

1970-ci il 18 oktyabrda Xocavənddə anadan olan İ.Hüseynov Dağlıq Qarabağda ilk hərbi toqquşmalar başlayan zaman Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda insanı qətlə yetirdiyini öyrənən İbad, həmyerlisi olan digər hərbçilərlə birgə Azərbaycana buraxılması üçün müddətsiz aclıq aksiyasına başlayıb. Komandanlığın ağır təzyiqinə baxmayaraq, fikrindən dönməyən İbad, istəyinə nail olub. Rəhbərlik indiyə qədər heç yerdə görünməmiş addım atıb və hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxıb.

1990-cı ildə Vətənə geri dönən İbad doğulduğu Xocavənd rayonunda yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayıb. Həmin dövrdə qızğın hərbi döyüşlərin getdiyi ərazilərə Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla yanaşan erməni silahlı qrupları soxulmağa başlayıb. Təəssüf ki, o zaman ermənilərdə Sovet ordusundan və xaricdən alınan çoxlu sayda hərbi sursat və texnika var idi. Ancaq İbad və döyüş yoldaşlarında silah yox idi. Çıxış yolu axtaran Hüseynov “kəşfiyyat-diversiya dəstəsi” yaradaq erməni tərəfə keçib və onları məhv edərək çoxlu sayda hərbi silah və təchizatları ələ keçiriblər.

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyən zaman məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlib. Ancaq vətəndaşlarımız bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdi. Yaxın Şərq müharibələrində iştirak edən, Avropada terror aktlarının təşkilatçısı olan Avoya ermənilər böyük hörmətlə yanaşırdı. O, eyni zamanda Qarabağ müharibəsinin ən qanlı səhifələrindən olan Qaradağlı qırğını, Xocalı soyqırımı və digər yaşayış məntəqələrindəki qətliamda iştirak edib.

Bütün bunları bilən İbad, Avodan qisas almaq üçün onun bütün hərəkət və əməliyyatları ilə bağlı məlumat toplayıb. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olub. Sonra özülə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedib. İbadın iddiasına görə, o, Monte Melkonyanla kənd məktəbinin həyətində üz-üzə gəlib. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılıb və türkcə Hüseynovdan onu öldürməməyi üçün yalvarıb. Monte Melkonyanın başını kəsdikdən sonra İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələmi özülə qənimət kimi götürüb.

1993-cü il 26 dekabrda İbad minaya düşərək ağır yaralanıb. Həkimlər onun yaşamağına ümid etmirdi. Ancaq ağır əməliyyat keçirən İbad, həkimlərin diaqnozuna baxmayaraq, 28 gündən sonra komadan çıxıb və normal həyatına davam edib.

Qeyd edək ki, Milli Qəhrəmanı İbad Hüseynov bu günlərdə Metbuat.az saytına geniş müsahibə verib. Müsahibəni 13 noyabr 2017-ci il tarixində saytımızdan oxuya biləcəksiniz.

Müsahibənin anonsu:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR