Toyuq şorbasının hazırlanması

Mütəxəssislər həftədə ən az 2 dəfə sulu yemək yeməyi məsləhət görür.

Metbuat.az bu dəfə Azərbaycanın milli yeməklərindən olan toyuq şorbasının hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

150 qr toyuq əti

25 qr düyü

20 qr ərinmiş yağ

20 qr noxud

20 qr baş soğan

20 qr alça və gavalı

10 qr şüyüd

Duz, istiot, zəfəran

Hazırlanmasına gəldikdə isə, toyuqlu bulyon ələkdən süzülür. Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilir, 1-2 dəqiqə qaynadılır. İsti halda içilir.

Nuş olsun!

Pəhrizdə olanlar üçün şirniyyat -RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)