"Liverpul"un hücumçusu Sadyo Mane "Leypsiq"in gənc ulduzu Nəbi Keytanın transferi barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, seneqallı forvard bunları deyib:

"O, xüsusi futbolçudur. Mənim üçün ailə üzvüm kimidir. "Salzburq"da oynadığımız vaxt yaxın münasibətimiz vardı. Bu əlaqələr indi də davam edir. Keytanın oyununu izləmək xoşuma gəlirdi. Onun "Liverpul"a transferindən sonra adaptasiya məsələsində köməyimi əsirgəmərəm. O, klubum barədə məndən soruşub. Demişəm ki, "Liverpul" inanılmaz istedada malik futbolçular, əla məşqçi və böyük ambisiyalara sahibdir. Şəhər və azarkeşlər xoşagələndir. Liverpulda özünü evdəki kimi hiss edəcək".

"Leipzig"in idman direktoru Ralf Ranqnik Keytanın yanvarda "qırmızılar"a keçməyəcəyini bildirmişdi. Transfer 2018-ci il iyulun 1-də rəsmiləşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində