“Azercell”ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddəti uzadılıb

07:03 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telecom” MMC Novruz bayramı ərəfəsində təqdim etdiyi “Azercell”ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddətini aprelin 30-dək uzadıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniyanın şərtlərinə görə, SimSim nömrəsini aktivləşdirən hər kəs ayda ən azı 5 manat yükləməklə 6 ay müddətində hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.
Qeyd edək ki, abunəçi nömrədə mövcud “Bizimkilər” tarif paketini dəyişdiyi halda kampaniyada iştirakı dayandırılır.
“Azercell” bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercelle_gel_her_ay_pulsuz_5_saat_qazan_quot_kampaniyasinin_muddeti_uzadilib-844109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR