Bakı. 13 noyabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasında qatarın qəzaya uğraması nəticəsində azı 33 nəfər həyatı itirib. "Report" BBC-yə istinadən xəbər verir ki, hadisə Lüalaba əyalətində baş verib. Qatarın tezalışan materiallar daşıdığı bildirilir.