Məcburi köçkün ailəsinin damı uçdu

Məcburi köçkün ailəsinin damı uçdu
16:33 9 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Yevlaxda məcburi köçkün ailəsinin yaşadığı evin tavanı uçub. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə ötən gecə İntiqam Nizami oğlu Məzlumovun ailəsi ilə birgə yaşadığı tikilidə qeydə alınıb.

Bildirildiyinə görə, tavan uçan zaman 1978-ci il təvəllüdlü İntiqam Məzlumov ailəsi ilə birgə atasıgildə olub. Onlar orada xəstə uşaqlarına iynə vurdurublar. Bu gün səhər isə İntiqam Məzlumovun anası Gülnişan Allahverdiyeva evin gəlini ilə evə gəlib.
Onlar qapını açanda evin tavanının uçduğunu görüblər. Məzlumovların bildirdiklərinə görə, qəzalı vəziyyətdə olan tavanın uçmasına son iki gündə yağan yağıntılar səbəb olub. Məzlumovlar ailəsi 20 ilə yaxındır ki, həmin tikilidə yaşayırlar. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR