“Azərbaycanfilm”in direktoru rejissorlarla görüş keçirib

“Azərbaycanfilm”in direktoru rejissorlarla görüş keçirib
09:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov rejissorlar Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov ilə görüş keçirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycanfilm” kinostudiyası yayıb.
Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə 52 film festivalında iştirak etməsi misalında beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcından ruhlanaraq dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanfilm-in-direktoru-rejissorlarla-gorus

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR