Cənubi Koreyanın Könsan-Pukto vilayətində, Phohan şəhərində 5,4 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələdən sonra 3,6 maqnitudalı bir neçə afterşok qeydə alınıb.
Təkanlar paytaxt Seulda da hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az