Cənubi Koreya və ABŞ-da güclü zəlzələ olub.
Publika.az xəbər verir ki, ABŞ-dakı zəlzələ 5,8, Cənubi Koreyada isə 5,5 bal gücündə qeydə alınıb.
Cənubi Koreyadakı zəlzələnin episentri ölkənin cənub-qərbində yerləşən Pohanq şəhərində olub. Zəlzələdən dərhal sonra 5,4 böyüklüyündə təkrar silkələnmə hiss edilib. Təbii hadisə yüzlərlə kilometr uzaqlıqda yerləşən Seulda da hiss edilib.
Amerikadakı zəlzələ isə Quam adasında, yerin 128 km dərinliyində baş verib.
Zümrüd