Avtomobilləri yatmaq üçün oğurlayıb - VİDEO

Avtomobilləri yatmaq üçün oğurlayıb - VİDEO
12:17 7 Aprel 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları başqasına məxsus avtomobillərə qənim kəsilən şəxsi ələ keçiriblər. Keşlə qəsəbəsində yaşayan 22 yaşlı Sənan Şirinov sonuncu dəfə "VAZ 2107" markalı avtomobili qaçırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda istintaqa cəlb edilən 22 yaşlı gənc avtomobilləri oğurlamasını özünəməxsus şəkildə izah edib. Guya evdən qovulan Sənan Şirinov gecələmək üçün yeri olmadığından bu məqsədlə maşınları qaçırıb içərisində yatırmış.

Saxlanılan şəxs: "06 və 07-ləri ona görə seçirdim ki, onları açmaq asandır". 

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR