Zəlzələ nəticəsində Ağdamda 130 evə ziyan dəyib

Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib.

Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyanla bağlı araşdırmalar davam edir: "Hələlik ilkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".//Trend

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR