Həmsədlərlə görüş keçirildi

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında Moskvada keçirilən görüş başa çatıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Metbuat.az-a verdiyi məlumata görə, görüş konstruktiv və substantiv xarakter daşıyıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır”.

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan qanunları qarşısında cavab verəcəklər” - Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR