Play Store

“Putin münaqişənin həllinə ümid etmir” - Ərdoğandan açıqlama

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib: “Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub. //APA

“Azərbaycan qanunları qarşısında cavab verəcəklər” - Millət vəkili


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR