“Türkiyənin NATO texnologiyasından istifadəsi məhdudlaşdırıla bilər”

ABŞ Hava Qüvvələri Komandanlığının müavini Heidi Qrant Türkiyənin "S-400" raket sistemini almaq istəməyi ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Qrant açıqlamasında deyib:

“Əgər Türkiyə "S-400" raket sistemini alsa, NATO texnologiyasından istifadə məhdudlaşdırılır. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardman təyyarələrini əldə etmək və istifadə etməyə görə də tədbirlər görülə bilər”.

"S-400" müqaviləsinin Türkiyə ilə NATO arasındakı hərbi əməkdaşlığa ciddi təsir göstərəcəyini bildirən Hrant deyib ki, NATO strategiyası "S-400" sistemləri ilə əməkdaşlığa imkan verməyəcək.

Qrant Türkiyənin bu raket sistemini alacağı təqdirdə ABŞ-ın hansı addımı atacağının hələ müəyyələşmədiyini deyib:

“Əvvəlcə müqavilənin həyata keçib-keçmədiyinə və gələcəkdə necə fəaliyyət göstərəcəyinə baxacağıq. Ancaq indi "S-400" sistemləri ilə əməkdaşlıq edə bilməyəcəyimizi deyə bilərəm”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR